Firma tərzi–bu, konkret şirkətə məxsusluğu ifadə edən və onu rəqiblərindən fərqləndirən vizual, qrafik və tekstual elementlərin vahididir. Şirkətin firma tərzi özündə şirkətin loqotipini, vizit kartının blankını, firma blankını, firma zərfini və firma qovluğunu əks etdirir. Özünəməxsus firma tərzini yaratmaq əgər onun tətbiqi üçün vəsait, yəni brendbuk yoxdursa, kifayət deyil.
Brendbuk – bu, dizayn studiyası tərəfindən hazırlanmış bütün elementlərin (loqotip, firma şrifit, firma rəngi və s.) istifadə üzrə ətraflı təlimat kitabçasıdır. Onun düzgün istifadəsi şirkətin imicini yüksəltməyə qadirdir. Brendbukun göstərişlərinə əməl etməklə istehlakçının mal və ya xidmətə lazımi münasibətini yaratmaq olar.