Reklam məhsulunun ən vacib tərkib hissəsini təşkil edən məmulat. Onlar müştərilərin diqqətini cəlb edən optimal reklam daşıyıcılarıdır. Asqıları adətən otellər, populyar fast-fut restoranları, geyim, tekstil, içki istehsalçıları sifariş edir. Bu məhsul kiçik ölçülü olur və qapı qulplarına, butulka üzərinə asılmağa imkan verən qarmaqla tamamlanır. Asqılar üçün kağızlar orta sıxlıqda olur, qarmağın forması dizayn və müştərinin arzusundan asılı olaraq dəyişir.